Bu bölgədə yetişən giləmeyvələr təhlükəlidir - XƏBƏRDARLIQ
Moskva bölgəsinin meşələrində yayın sonu və payızın əvvəllərində yetişən bəzi zəhərli giləmeyvələr insan həyatı üçün təhlükə yarada bilər.
Redaktor.az xəbər verir ki, biologiya elmləri doktoru Pavel Qlazkov bu barədə “Moskva” agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, xüsusilə “qarğa gözü” giləmeyvəsi təhlükəlidir. Böyük və bənövşəyi rəngdə olan bu giləmeyvə görünüşünə görə qaragiləyə bənzəyir. Mütəxəssis qeyd edib ki, bu bitki Rusiyada ən zəhərli giləmeyvələrdən biridir və xüsusilə uşaqlar üçün ciddi, hətta ölümcül təhlükə yarada bilər.
Bioloq həmçinin zanbaq giləmeyvələri barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, parlaq narıncı rəngli bu giləmeyvələri yemək olmaz. Hətta onların saxlanıldığı sudan zəhərlənmə riski yarana bilər.
Payızın əvvəllərində meşələrdə digər zəhərli giləmeyvələrə də rast gəlinir. Bunlar arasında canavar giləmeyvəsi, belladonna və acı-şirin gecə kölgəsi də var.
Mütəxəssis meşədə gəzinti zamanı tanımadığınız giləmeyvələri toplamağı və xüsusilə uşaqların onları yeməsinə icazə verməməyi tövsiyə edib.
Aytəkin TOFİQQIZI













