Hörmüz boğazında donanmamıza məxsus gəmi vurulmayıb - ABŞ

 15:38 09.09.2026     217

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hürmüz boğazında ABŞ donanmasına məxsus heç bir döyüş gəmisinin vurulmadığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, komandanlığın sosial media hesabında yayımlanan bəyanatda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bütün hücum cəhdlərinin uğursuzluqla nəticələndiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, ABŞ qüvvələri yalnız ötən həftə ərzində İrana məxsus 10 tankeri məhv edib.

CENTCOM həmin gəmilərin İran İslam İnqilabı Keşikçiləri Korpusuna maliyyə təminatı verən və milyardlarla dollar dəyərində olan gizli şəbəkənin bir hissəsi olduğunu iddia edib.

“İran bu gəmiləri müdafiə edə bilməz”, - deyə bəyanatda vurğulanıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən