Ermənistanda Meğri meri də daxil olmaqla 8 nəfər rüşvət ittihamı ilə saxlanıldı
Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən rüşvət vermək və almaqla bağlı başlanan cinayət işi çərçivəsində Meğri icmasının rəhbəri Xaçatur Andreasyan və Eko-Patrul Xidmətinin Sünik regional bölməsinin rəisi də daxil olmaqla 8 nəfər saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.
Komitə ilkin istintaqın maraqlarını əsas gətirərək əlavə təfərrüatları açıqlamayıb.













