Narışkindən MKİ rəhbərinin Moskva səfəri ilə bağlı AÇIQLAMA
Moskva Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfəri zamanı müvafiq dəvət alıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin jurnalist Aleksandr Yunaşevə açıqlamasında bildirib.
Məlumata görə, Narışkin jurnalistin yeni təmaslarla bağlı sualını cavablandırarkən tərəflər arasında razılığın əldə olunacağını vurğulayıb:
"Razılığa gələcəyik. Və görüş yeri barədə də razılıq əldə olunacaq". XKX rəhbəri, həmçinin baş tutan sonuncu görüşü "tamamilə işgüzar və səmimi" kimi qiymətləndirib.
Bildirilir ki, Con Retkliff avqustun 25-də Moskvaya səfər edib. Rəsmi məlumatlara görə, amerikalı rəsmi Rusiya kəşfiyyat idarəsinin nümayəndələri ilə görüşlər keçirib.
Qeyd edək ki, ABŞ mediası bu səviyyədə həyata keçirilən Moskva səfərini iki ölkə arasındakı münasibətlər fonunda "nadir və mühüm hadisə" kimi dəyərləndirib.
Xədicə BAXIŞLI













