Litva Rusiyaya qarşı qərara qoşulmaqdan imtina ETDİ

 09:24 10.09.2026     185

Litva hələlik Latviya kimi Rusiyaya və Belarusiyaya avtobusla sərnişin daşımalarını dayandırmağı planlaşdırmır.

Redaktor.az xəbər verir ki, bunu Litvanın nəqliyyat və rabitə naziri Yurs Taminskas “LRT” portalına açıqlamasında bildirib.

Nazir Litva deputatı Arvidas Anuşauskasın Latviyanın ardınca Rusiyaya avtobus əlaqəsinin dayandırılması ilə bağlı çağırışını “panika” adlandırıb.

“Qoy panikaya düşsün, biz isə vəziyyəti ayıq şəkildə qiymətləndirəcəyik”, - deyə Taminskas bildirib.

Onun sözlərinə görə, Litva daim diqqətli və hazırlıqlı vəziyyətdədir, lakin ölkə hər hansı “kəskin addım” atmaq niyyətində deyil. Nazir vurğulayıb ki, Litvanın qərarları Latviyadakı daxili siyasi vəziyyətə əsaslanmamalıdır.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən