Almaniya və Ukrayna arasında fikir ayrılığı YARANDI

 09:33 10.09.2026     182

Almaniya ilə Ukrayna arasında Kiyevə göstərilən yardımın necə istifadə olunması ilə bağlı fikir ayrılığı yaranıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Berliner Zeitung” məlumat yayıb.

Məlumata görə, Almaniyanın xarici işlər naziri Yohan Vadeful Ukraynaya göstərilən genişmiqyaslı dəstəyin Almaniyanın müdafiə sənayesinə də fayda verməsini istəyir. Berlin hesab edir ki, Almaniya Ukraynaya hərbi və maliyyə yardımı göstərməklə yanaşı, bu dəstəyin yaratdığı müdafiə sənayesi sifarişlərindən də daha çox faydalanmalıdır.

Qəzet yazır ki, Ukrayna isə öz müdafiə sənayesini genişləndirməyə və xarici investorları bu sahəyə cəlb etməyə çalışır. Bu səbəbdən Almaniyanın tələblərinin Kiyevdə müsbət qarşılanmaya biləcəyi bildirilir.

Məsələnin Almaniyada Ukraynaya yardım üçün ayrılan vəsaitlərlə bağlı müzakirələrlə də əlaqəli olduğu qeyd olunur. Vadeful Almaniya hökumətinin Ukraynaya göndərilən vəsaitlərin hansı məqsədlərə xərcləndiyini ölkə vətəndaşlarına əsaslandırmasının vacib olduğunu vurğulayır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən