Pakistan, Səudiyyə və Türkiyənin Məkkə İttifaqına yeni ölkələri dəvət etmək planları yoxdur

 13:12 10.09.2026     202

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin Məkkə Müdafiə İttifaqına yeni ölkələri dəvət etmək planları yoxdur.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

“Bu mərhələdə Məkkə Sazişinin genişləndirilməsi üzrə heç bir müzakirə aparılmır. Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı əvvəlcə üçtərəfli əməkdaşlığı daha da gücləndirməlidir və ancaq bundan sonra ittifaq oxşar mövqeləri və baxışları bölüşən bütün dövlətlər üçün açıq olacaq”, - XİN qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən