Palçıq sürüşməsi 500 turisti yolda QOYDU
Çinin Tibet Muxtar Vilayətində Kaylaş dağı ərazisində baş verən palçıq sürüşməsi səbəbindən təxminən 500 rusiyalı turist yolda qalıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, turistlər mümkün yol bağlanması barədə əvvəlcədən xəbərdar edilməyiblər. Nəticədə yüzlərlə rusiyalı artıq dördüncü gündür Darçendəki otel və sığınacaqlarda qalır.
Bildirilib ki, yolların bağlanması səbəbindən turistlərin səfərinin gecikməsi hər birinə 2500-3000 dollara başa gələ bilər. Hazırda keçidlərin hamısı qayalar və xüsusi texnika ilə bağlanıb.
Turistlərin təyyarə ilə ərazidən çıxarılması isə təxminən 3000 dollara başa gələcək.
Mənbənin məlumatına görə, gözləmə müddəti və alternativ marşrutlardan istifadə də əlavə xərc yaradacaq. Tibetdə turistlərin müstəqil səyahət etməsinə icazə verilmir.
Məlumata əsasən, qrup şəklində iki həftəlik bələdçi xidmətinin qiyməti adambaşına təxminən 2000 dollar təşkil edir. Fərdi bələdçi xidmətinin isə daha baha olduğu bildirilir.
Aytəkin TOFİQQIZI













