Bu ölkədə narkotik maddədən istifadənin ən qədim izləri TAPILDI

 18:46 10.09.2026     249

İndoneziyanın Sulavesi adasında aparılan araşdırma nəticəsində insanların 16–25 min il əvvəl betel qozundan istifadə etdiyi müəyyənləşib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, arxeoloqlar iki qədim ovçu-yığıcının dişlərində uzun müddət ağızda saxlanılan betel qozunun yaratdığı dairəvi izlər aşkarlayıblar. Diş toxumasında isə betel qozunun əsas psixoaktiv maddəsi olan arekolin tapılıb.

Alimlər hesab edirlər ki, insanlar qozu çeynəmək əvəzinə uzun müddət ağızlarında saxlayır, maddə isə yanağın selikli qişasından orqanizmə keçirdi. Arekolin insanda ayıqlıq, yüngül eyforiya və enerji artımı yaradır.

Tədqiqatçılar bu vərdişin illərlə davam etdiyini və bəzi hallarda dişlərin ciddi şəkildə zədələnməsinə səbəb olduğunu bildirirlər.

Bu tapıntı betel qozundan istifadənin məlum olan ən qədim sübutunu minlərlə il geriyə aparır.

Vumart və Güvən reklamı Vumart Güvən