Kreml Körfəz bölgəsindəki vəziyyəti şərh ETDİ

 17:29 10.09.2026     233

Rusiya Körfəz bölgəsindəki vəziyyətin hazırda arzuolunan olmadığını bildirərək bütün tərəfləri təmkinli olmağa və hərbi əməliyyatlardan çəkinməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskovun sözlərinə görə, Moskva Tehran və Vaşinqtonun daha əvvəl imzaladığı anlaşma memorandumunun müddəalarının icrasına qayıtmasını istəyir.

Kremlin sözçüsü qeyd edib ki, Rusiya bölgədə tərəflər arasında hərbi qarşıdurmanın deyil, təmkinli davranışın tərəfdarıdır.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən