Almaniyada zəlzələ OLDU

 21:05 10.09.2026     239

Almaniyanın cənub-qərbində maqnitudası 3,5 olan zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 17:27-də qeydə alınıb. Seysmoloqlar 3,5 maqnitudalı zəlzələni zəif hesab edirlər.

Zəlzələnin episentri 307 minə yaxın əhalisi olan Mannheim şəhərindən 12 kilometr şimal-qərbdə yerləşib. Ocaq 10 kilometr dərinlikdə olub.

Təkanlar təxminən 650 min nəfər əhalisi olan Frankfurt-am-Mayn şəhərindən isə 62 kilometr cənubda qeydə alınıb.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, daha əvvəl Peru və Ekvador sərhədində 5,3 maqnitudalı zəlzələ baş vermişdi. Yeraltı təkanların episentri Ekvadorun Yansaza şəhərindən 140 kilometr şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən