FİFA “Soçi” klubuna yeni futbolçuların qeydiyyatını qadağan ETDİ
Beynəlxalq Futbol Federasiyası (FİFA) “Makkabi” klubuna müdafiəçi Nemanya Stoiçin transferi üzrə ödənişi gecikdirdiyinə görə Rusiyanın “Soçi” klubuna yeni futbolçuların qeydiyyata alınmasına qadağa qoyub.
Redaktor.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytında məlumat yayıb.
Nemanya Stoiç ötən ilin sentyabrında “Soçi”yə keçib. Müdafiəçi Rusiya klubu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. Futbolçu cari mövsümdə komandanın heyətində 7 oyunda meydana çıxıb.
“FİFA”nın qərarı klubun “Makkabi”yə futbolçunun transferi ilə bağlı ödənişi vaxtında həyata keçirməməsi ilə əlaqədardır.
“Soçi” 10 turdan sonra 19 xal toplayaraq Rusiya Birinci Liqasının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Rusiya klubları və milli komandaları 2022-ci ilin fevralından FİFA və UEFA-nın himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırılıb.
2026-cı il fevralın 2-də FİFA prezidenti Canni İnfantino Rusiyaya tətbiq olunan qadağanın gözlənilən nəticəni vermədiyini və Rusiya komandalarının turnirlərə qaytarılması məsələsinin nəzərdən keçirilməli olduğunu bildirib.
Lakin daha sonra “The Times” FİFA Şurasının Avropa ölkələrinin mümkün tənqidindən ehtiyat etdiyi üçün rusiyalı komandaların turnirlərə buraxılması məsələsini müzakirə etmək niyyətində olmadığını yazıb.
Xədicə BAXIŞLI













