Yankoviç “Turan Tovuz”da - FOTO
“Turan Tovuz” yeni futbolçu ilə anlaşıb.
Redaktor.az xəbər verir ki, bu haqda klub məlumat yayıb.
Son olaraq “Sumqayıt”ın formasını geyinən serbiyalı yarımmüdafiəçi Aleksa Yankoviç ilə 3 illik müqavilə imzalanıb.
26 yaşlı futbolçu karyerası ərzində vətənində “Partizan”, “Çukariçki”, “Vozdovaç” klublarında çıxış edib.














