“Əsrlik tərəfdaşlıq” bəyannaməsini imzaladılar

 00:20 11.09.2026     232

Ukrayna və Kanada “Əsrlik tərəfdaşlıq” haqqında bəyannamə imzalayıblar.

Redaktor.az xəbər verir ki, bu haqda “İnterfaks-Ukrayna” məlumat yayıb.

“Ukrayna Prezidenti Volodimir Zelenski və Kanada Baş naziri Mark Karni “Əsrlik tərəfdaşlıq” haqqında bəyannaməni imzaladılar”, - məlumatda deyilir.

Bəyannamədə iki ölkənin ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək niyyəti əksini tapıb.

Vumart və Güvən reklamı Vumart Güvən