Dənizdə itkin düşən balıqçı 8 gün sonra TAPILDI
Meksika sahillərində balıq tutmaq üçün dənizə çıxan Hector Marquez Martínez səkkiz gün sonra sağ-salamat tapılıb.
Redaktor.az xəbər verir ki, bu barədə “La Nacion” məlumat yayıb.
Məlumata görə, Martinez balıq tutmaq üçün motorlu qayığı ilə dənizə çıxıb. Bir neçə saat davam etməsi planlaşdırılan səfərdən sonra evə qayıtmayıb.
Bundan sonra onun yaxınları və yerli balıqçılar axtarışlara başlayıb. Daha sonra könüllülər və mütəxəssislər də axtarışlara qoşulub.
Sentyabrın 6-da yük gəmisinin heyəti dənizdə üzən qayığı görüb. Lakin balıqçı qayığı tərk etməkdən imtina edib. Növbəti gün başqa bir gəmi onun olduğu əraziyə çatıb və Martinez xilas edilib.
Səkkiz gün dənizdə qalan balıqçının susuzluqdan əziyyət çəkməsinə baxmayaraq, vəziyyətinin stabil olduğu bildirilib.
Aytəkin TOFİQQIZI













