Zelenski Moskva ilə danışıqların bərpa olunmasını mümkün hesab ETMİR

 13:30 11.09.2026     188

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyada keçiriləcək parlament seçkilərindən sonra Moskva ilə danışıqların bərpa olunmasını mümkün hesab etmir.

Redaktor.az xəbər verir ki, "Ölkə Siyasəti” teleqram kanalının məlumatına görə, Zelenski bildirib ki, sentyabrın 18-20-də keçiriləcək seçkilərdən sonra Rusiya ilə danışıqların aparılacağını düşünmür.

O, qarşıdakı danışıqlarda Ukraynanın limanların açılması və enerji obyektlərinə hücumların dayandırılması ilə maraqlı olduğunu deyib.

Zelenski həmçinin sentyabrın sonunda Nyu-Yorkda ABŞ nümayəndələri ilə görüşə biləcəyini bildirib. O, ABŞ Prezidenti Donald Trampla görüşdən sonra məsələləri daha ətraflı müzakirə etməyə ümid etdiyini qeyd edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən