Modi Rusiyaya səfər EDƏCƏK

 16:23 11.09.2026     206

Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi iki liderin görüşünün yekunlarına dair açıqlamasında məlumat yayıb.

Nazirliyin məlumatına görə, Vladimir Putin Narendra Modini 24-cü illik Rusiya-Hindistan sammitində iştirak etmək üçün Rusiyaya dəvət edib. Hindistanın Baş naziri dəvəti qəbul edib.

Sammitin keçirilmə tarixinin qarşılıqlı uyğun vaxt nəzərə alınmaqla diplomatik kanallar vasitəsilə daha sonra razılaşdırılacağı bildirilib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən