Hindistanda 101 yaşlı kişi sağ olduğunu sübut etməyə ÇALIŞIR

 17:23 11.09.2026     229

Hindistanda 101 yaşlı veteran bir neçə il əvvəl yerli hakimiyyət orqanlarının səhvən onu ölmüş elan etməsindən sonra müstəqillik mübarizəsi iştirakçısı kimi pensiyasını almağa çalışır.

Redaktor.az xəbər verir ki, bu barədə “NDTV” məlumat yayıb.

Nadar Sinqh Hicravən-Kalan kəndində yaşayır. O, Hindistan Milli Ordusunda xidmət etdiyini bildirir. Britaniya Hindistanının bölünməsindən sonra Pakistandan köçən Sinqhin şəxsiyyətini və xidmətlərini təsdiqləyən sənədlər yanğın zamanı məhv olub.

Ailəsinin sözlərinə görə, bu səbəbdən uzun illərdir ona düşən pensiyanı rəsmiləşdirmək mümkün olmayıb. Təxminən üç il əvvəl isə vəziyyət daha da mürəkkəbləşib. Yerli administrasiya səhvən Sinqhi rəsmi olaraq ölən şəxslər siyahısına daxil edib.

Sonradan bu səhv düzəldilsə də, pensiya ödənişlərinin alınması ilə bağlı problem aradan qalxmayıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən