Aİ Ukraynanı qorunan peyk rabitəsi sistemlərinə qoşmaq istəyir

 22:36 11.09.2026     335

Avropa Komissiyası Ukraynanın Avropa İttifaqının (Aİ) qorunan peyk rabitəsi sistemləri olan GOVSATCOM və IRIS-ə qoşulması ilə bağlı danışıqlara başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə  "Euractiv"ə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqlar Ukraynanın qorunan dövlət peyk rabitəsi sistemi GOVSATCOM-a, eləcə də hazırda yaradılmaqda olan IRIS peyk qruplaşmasına qoşulmasını nəzərdə tutur.

Gələcəkdə bu, Ukrayna və Avropa hərbçilərinə vahid qorunan rabitə sistemindən istifadə etməklə fəaliyyətlərini əlaqələndirməyə imkan verə bilər.

Aİ-nin müdafiə və kosmos üzrə komissarı Andryus Kubilyus daha əvvəl Ukrayna ilə yanaşı, Böyük Britaniya və Norveçin də IRIS sisteminə qoşula biləcəyini bildirmişdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən