Rusiya rəsmisi G20-nin enerji toplantısı üçün ABŞ-yə GEDƏCƏK

 22:52 11.09.2026     308

Rusiya rəsmisi gələn həftə ABŞ-nin Hyuston şəhərində keçiriləcək “Böyük iyirmilik” (G20) ölkələrinin enerji məsələləri üzrə toplantısında iştirak edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, toplantıda iştirak edəcək Rusiya rəsmisinin adı açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl Rusiyanın maliyyə naziri Anton Siluanov Şimali Karolina ştatının Eşvill şəhərində G20 ölkələrinin maliyyə nazirlərinin görüşündə iştirak etmək üçün ABŞ-yə səfər edib. O, səfər çərçivəsində ABŞ-nin maliyyə naziri Skott Bessentlə də görüşüb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən