Moskva vilayətində hava limanı təyyarələri qəbul etmir
Rusiyanın Moskva vilayətində yerləşən Jukovski hava limanı təyyarələri müvəqqəti qəbul etmir və yola salmır.
Redaktor.az xəbər verir ki, bu barədə “Rosaviasiya”nın mətbuat katibi Taras Fomçenkov “Telegram” kanalında məlumat verib.
Onun paylaşımı saat 22:07-də yayımlanıb. Bildirilib ki, məhdudiyyət uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunub.
Bənzər məhdudiyyətlər gün ərzində və axşam saatlarında Kaluqa, Gelencik və Soçi hava limanlarında da tətbiq edilib. Həmin məhdudiyyətlər hələ də qüvvədədir.
Bu fonda Rusiya Müdafiə Nazirliyi saat 08:00-dan 20:00-dək Belqorod, Bryansk, Kaluqa, Kursk, Oryol, Rostov, Samara və Tula vilayətləri, Perm diyarı, Krım və Udmurtiya əraziləri, eləcə də Qara dənizin akvatoriyası üzərində 67 Ukrayna pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.
Xədicə BAXIŞLI













