Ərəbistan hücumlardan sonra neft kəmərini dayandırdı
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bir neçə hücumdan sonra “Şərq–Qərb” neft kəmərinin Mədinə və Ər-Riyad yaxınlığındakı bəzi hissələrində fəaliyyətin qabaqlayıcı tədbir kimi dayandırıldığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə krallığın Energetika Nazirliyinin açıqlamasında məlumat yayılıb.
Nazirliyin nümayəndəsinin sözlərinə görə, hücumlar nəticəsində bir neçə nəfər xəsarət alıb və onlara tibbi yardım göstərilib.
“Açılmış qəza briqadaları boru kəmərinin təhlükəsizliyini təmin etmək və təsdiqlənmiş prosedurlara uyğun olaraq onun texniki vəziyyətini yoxlamaq üçün dərhal işə başlayıb”, – açıqlamada bildirilib.
Hücumlara görə məsuliyyəti Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının husiləri üzərinə götürüblər. Lakin ABŞ xüsusi xidmət orqanlarındakı mənbələr zərbələrin İraq ərazisindən fəaliyyət göstərən və İranı dəstəkləyən qruplaşmaların buraxdığı pilotsuz uçuş aparatları ilə həyata keçirilə biləcəyini də istisna etmirlər.
Hücumlar nəticəsində obyektlərdə yanğınların baş verdiyi və ərazi üzərində qatı qara tüstü izlərinin göründüyü bildirilib.
Xədicə BAXIŞLI













