“Görüşməli, danışmalı və qərarlar qəbul etməliyik”- Zelenski

 12:58 12.09.2026     320

Ukrayna Prezidenti Volodimir Zelenski Mayamidə keçiriləcək G20 sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu deyib.

Redaktor.az xəbər verir ki, bu barədə o, DW-yə verdiyi müsahibədə bildirib.

Zelenski qeyd edib ki, əgər Putin dekabrda keçiriləcək G20 sammitində iştirak edərsə, Putinlə görüşməyə hazırdır:

"Bəli, əlbəttə. Biz getməliyik. Görüşməli, danışmalı və qərarlar qəbul etməliyik. Ona nə dediyim və ya onun mənə nə demək istədiyi vacib deyil. Bunlar əhəmiyyətli deyil. Əsas olan nəticədir."

Vumart və Güvən reklamı Vumart Güvən