Yaxın Şərqdəki vəziyyət tezliklə sabitləşəcək - Putin

 21:28 12.09.2026     266

Yaxın Şərqdəki vəziyyət regionda davam edən gərginliyə baxmayaraq, tezliklə sabitləşəcək.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Əbu-Dabi vəliəhdi Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündə bildirib.

"Əlbəttə ki, region hazırda inkişafının çox çətin bir dövrünü yaşayır. Əminəm ki, bu gün bütün çətinliklərə baxmayaraq, vəziyyət bərpa olunacaq", - deyə Putin bildirib.

Rusiya prezidenti qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri Rusiya üçün Yaxın Şərqdə ən yaxın ölkələrdən birinə çevrilib.

Putinin Əbu-Dabinin vəliəhd şahzadəsi ilə görüşü 12-13 sentyabr tarixlərində Nyu-Dehlidə keçiriləcək BRICS sammiti çərçivəsində baş tutub.

Vumart və Güvən reklamı Vumart Güvən