Hörmüz boğazında İran gəmisi vuruldu: 1 ölü, 3 yaralı
Hörmüz boğazında İranın mülki gəmisinə zərbə endirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Qeşm rayonunun rəhbəri Hüseyn Əmirteymuri bildirib.
Qeyd edilib ki, bu gün səhər saat 5 radələrində ticarət gəmisinə hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.













