Rusiya, ABŞ və Ukrayna arasında danışıqların növbəti mərhələsi oktyabrda keçirilə bilər

 15:15 13.09.2026     256

Rusiya, ABŞ və Ukrayna arasında münaqişənin həllinə dair üçtərəfli danışıqların növbəti raundu oktyabr ayının əvvəlində baş tuta bilər.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Məlumata görə, Kremlin sözçüsü növbəti görüşün vaxtı ilə bağlı suala cavab verərkən diplomatik təmasların yaxın vaxtlarda bərpa olunacağını istisna etməyib: "Biz bu ehtimalı istisna etmirik; xüsusilə yaxın gələcəkdən danışırıq. Əlbəttə ki, oktyabr ayını da istisna etmək olmaz".

Bildirilir ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner Moskva və Kiyevdə keçirilən görüşlərdən sonra Amerika tərəfinin münaqişənin uzunmüddətli həlli üçün zəruri olan şərtləri daha aydın anladığını bildirib. O, həmçinin bu təmasların yaxın gələcəkdə baş tutacaq üçtərəfli danışıqlarda müzakirə olunacaq yeni ideyaların ortaya çıxmasına imkan yaratdığını diqqətə çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin əvvəlində Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə üçtərəfli formatda danışıqlar həyata keçirmişdilər.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən