İranda "Özünü qurban vermək" adlı batalyon YARADILIR
İranda "ABŞ hücumlarından müdafiə olunmaq" üçün 1000-dən çox könüllü batalyon yaradılacaq.
Redaktor.az xəbər verir ki, Təşkilatın qərargahından verilən açıqlamaya görə, kampaniya "Özünü qurban vermək" adlanır.
Bildirilir ki, istənilən İran vətəndaşı könüllü kimi qeydiyyatdan keçə bilər. 15 sentyabrdan sonra onlar hərbi təlim və ilk yardım kurslarında iştirak edə biləcəklər.
Həmçinin bildirilir ki, İran vətəndaşları artıq 31,5 milyondan çox müraciət təqdim ediblər.













