Türkiyə Rusiya və Ukrayna arasında danışıqların davamını dəstəkləyir

 09:21 14.09.2026     204

Türkiyə Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanmasına dair danışıqların davam etdirilməsini dəstəkləyir.

Redaktor.az xəbər verir ki, "RIA Novosti" Türkiyə hökumətindəki mənbəyə istinadən bu barədə məlumat yayıb.

Agentliyə danışan mənbə Ukraynadakı münaqişənin yalnız danışıqlar yolu ilə həll edilə biləcəyinə əminliyini ifadə edib.

Türkiyə hökumətində hesab edirlər ki, İstanbul tərəflər arasında təmasların aparılması üçün əlverişli platforma kimi özünü doğruldub.

Bu səbəbdən Ankara danışıqlar prosesinin məhz İstanbulda davam etdirilməsini mümkün və məqsədəuyğun hesab edir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl Ukraynadakı vəziyyətin nizamlanmasına dair üçtərəfli danışıqların oktyabr ayında bərpa oluna biləcəyini bildirib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən