Tramp Ukraynaya “Patriot” lisenziyalarının verilməsi barədə DANIŞDI

 09:26 14.09.2026     193

ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Patriot” zenit-raket kompleksləri (ZRK) və onların istehsalı üçün lisenziyaların mümkün verilməsi məsələsinə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, "RİA Novosti" ABŞ liderinin açıqlamasını yayıb.

Jurnalist Trampdan Ukrayna Prezidenti Vladimir Zelenskinin “Patriot” sistemləri və onların istehsalı üçün lisenziyalar əldə edib-etməyəcəyini soruşub.

Tramp suala “daha az inkişaf etmiş versiya” cavabını verib.

Daha əvvəl Ukraynanın “Patriot” sistemləri üçün raketlərinin demək olar ki, hamısını tükətdiyi bildirilib.

ABŞ dövlət katibi Marko Rubio isə Kiyevin ABŞ-dən lisenziya alacağı təqdirdə belə “Patriot” sistemlərinin istehsalı üçün zavodlar qurmasına bir neçə il lazım olacağını açıqlayıb.

Onun sözlərinə görə, məsələ ilə bağlı danışıqlar davam edir və gələcəkdə nəticə verə bilər.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən