Britaniyadan Ukraynaya çağırış: Ərazi güzəştlərinə getməyin
Böyük Britaniya Ukraynanı ərazi güzəştlərindən imtina etməyə və Rusiyaya qarşı hücumları gücləndirməyə çağırıb.
Redaktor.az xəbər verir ki, bunu Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell bildirib.
Onun sözlərinə görə, Ukraynanın hazırkı strategiyasının effektiv olduğunu düşünmək üçün əsas var. Pauell Rusiyaya qarşı eskalasiyanın problem deyil, uğur əlaməti olduğunu deyib.
O bildirib ki, münaqişə sonda yalnız danışıqlar yolu ilə həll edilə bilər. Buna görə də Qərb ölkələri Rusiya ilə əlaqə kanallarını açıq saxlamalıdır.
Pauell əlavə edib ki, Avropa münaqişə zonasına daha yaxın olduğu və təhlükəsizlik məsələlərində maraqlı olduğu üçün gələcək danışıqlarda birbaşa iştirak etməlidir.
Aytəkin TOFİQQIZI













