Gürcüstan DTX-nin rəhbəri istefa verib, yeni vəzifəyə təyinat alıb - YENİLƏNİB - FOTO

 14:29 14.09.2026     359

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün istefa vermiş rəhbəri Geka Geladze daxili işlər nazirinin müavini vəzifəsini tutacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

O qeyd edib ki, Geka Geladze bilik və təcrübəsi ilə Gürcüstanın Daxili İşlər Nazirliyindəki komandanı əhəmiyyətli dərəcədə gücləndirəcək.

***

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Geka Geladze istefa verib.

Redaktor.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib.

O vurğulayıb ki, siyasi komanda ilə məsləhətləşmələrdən sonra fəaliyyətini başqa qurumda davam etdirəcək.

Qeyd edək ki, Geka Geladze bu ilin aprelindən DTX-nin rəhbəri vəzifəsini tuturdu. Bundan öncə isə o, daxili işlər naziri olub.

Gürcüstan DTX-nın yeni rəhbəri o oldu - YENİLƏNİB

Vumart və Güvən reklamı Vumart Güvən