Trampdan İran müharibəsində ABŞ-yə dəstək verməyən ölkələrə XƏBƏRDARLIQ

 21:36 14.09.2026     272

ABŞ Prezidenti Donald Tramp İranla müharibə zamanı Birləşmiş Ştatlara yardım etməyən ölkələrin münaqişə başa çatdıqdan sonra Vaşinqtonun çəkdiyi xərcləri ödəməli olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Dünyada bizə heç bir şəkildə kömək etməyən ölkələr bu saxta münaqişə başa çatdıqda ABŞ-yə dəyən zərəri ödəməli olacaqlar və bunu mütləq edəcəklər”, - deyə Tramp yazıb.

Onun sözlərinə görə, ABŞ İranla qarşıdurmada “özündən daha çox başqaları üçün” mübarizə aparır.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Görüş zamanı Rusiya lideri iki ölkə arasında münasibətlərin bütün istiqamətlər üzrə sabit inkişaf etdiyini bildirib.

Münaqişənin növbəti dəfə kəskinləşməsindən əvvəl Putin İran və ABŞ arasında atəşkəs haqqında memorandumun imzalanmasını alqışladıqlarını bəyan etmişdi. Lakin onun sözlərinə görə, atəşkəs qeyri-sabit və olduqca kövrək olub.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən