“Süni intellekt bəşəriyyəti məhv etməyəcək” - Tramp

 23:11 14.09.2026     345

ABŞ Prezidenti Donald Tramp süni intellektin (Sİ) dünyanı ələ keçirəcəyi və bəşəriyyəti məhv edəcəyi ilə bağlı fikirləri rədd edib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Süni intellektin dünyanı ələ keçirəcəyi, bəşəriyyəti məhv edəcəyi və digər fəlakətlərə səbəb olacağı ilə bağlı söhbətlər aldadıcıdır”, - deyə Tramp yazıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ lideri süni intellektin nəzarətdən çıxması ehtimalının onu narahat etmədiyini bildirmişdi.

Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl ölkəsinin süni intellekt sahəsində yaxşı perspektivlərə malik olduğunu söyləyib. O, Rusiyanın strateji tərəfdaşı olan Çinin süni intellekt sahəsində ən çox patentə sahib olduğunu və Rusiyanın da bu sahədə böyük perspektivlərinin olduğunu qeyd edib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən