Hörmüzdə ABŞ PUA-sı vuruldu

 09:00 15.09.2026     175

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazının qərbində ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, IRNA İnqilab Keşikçiləri Korpusunun bununla bağlı yaydığı açıqlamanı dərc edib.

Bildirilir ki, MQ-1 tipli PUA Hörmüz boğazının qərbində İranın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq vurulub.

İnqilab Keşikçiləri ötən gün səhər saatlarında da Hörmüz boğazı üzərində eyni tipli PUA-nın vurulduğunu açıqlamışdı.

Qeyd edək ki, ABŞ tərəfindən 1990-cı illərdə istehsal edilən MQ-1 PUA-lar ilkin olaraq müşahidə və kəşfiyyat məqsədləri üçün hazırlanıb. Daha sonra aparatlara əlavə kameralar və raketlər quraşdırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən