Rusiyalı turist tapança ilə hədələnərək qarət EDİLDİ

 10:58 15.09.2026     186

Taylandın Pattaya şəhərində rusiyalı turist parkda silahlı quldurların hücumuna məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Life” SHOT-a istinadən məlumat yayıb.

Hadisə parkda baş verib. 41 yaşlı Aleksandr P.-nin yanına iki gənc motosikletlə yüksək sürətlə yaxınlaşıb. Onlardan biri tapança çıxararaq rusiyalı turisti hədələyib və qiymətli əşyalarını verməsini tələb edib.

Turist quldurlara təxminən 1000 bat, yəni 2500 rubl (təxminən 50 manat) nağd pul verib. Bundan sonra hücum edənlər hadisə yerindən uzaqlaşıblar.

Zərərçəkən polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidəki müşahidə kameralarının görüntülərini araşdırır və şübhəliləri axtarırlar.

Məlumata görə, bu, son iki gün ərzində Pattayada rusiyalı turistə qarşı törədilən ikinci oxşar hadisədir. Bundan əvvəl 42 yaşlı Roman adlı turist Soi rayonunda üç nəfərin hücumuna məruz qalıb. Hücum edənlərdən biri onun üzünə təpik vuraraq içərisində pul olan çantasını götürüb. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən