Rusiya dondurulmuş aktivlərini geri qaytaracaq - Lavrov

 13:14 15.09.2026     231

Avropa İttifaqında Rusiya aktivlərinin müsadirə edilməsi planından hələ də imtina edilməyib. Rusiya isə dondurulmuş qızıl-valyuta ehtiyatlarının geri qaytarılmasına nail olacağını bəyan edib.

Redaktor.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Ukrayna böhranı. Qərbin hüquqi təcavüzü” mövzusunda keçirilən 13-cü səfirlik dəyirmi masasında bildirib.

Lavrovun sözlərinə görə, Avropa Komissiyası Rusiyanın aktivlərini müsadirə etmək və onları yalnız Ukraynaya təzminat ödənildikdən sonra geri qaytarmaq istəyir.

“Biz qızıl-valyuta ehtiyatlarımızın geri qaytarılmasına nail olacağıq. Buna heç bir şübhəm yoxdur”, – deyə Lavrov bildirib.

Avropa İttifaqında yerləşən Rusiya aktivlərinin böyük hissəsi, təxminən 210 milyard avrodan 185 milyard avrosu Belçikanın Euroclear depozitarisinin hesablarında saxlanılır.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən