8 il həkim növbəsi gözlədi, nəhayət əməliyyat OLDU

 16:37 15.09.2026     232

Rusiyanın Petrozavodsk şəhərində ürəkdöyünmə tutmalarından əziyyət çəkən qadın uzun illər həkim qəbuluna növbə gözləyib. Onun nəbzi tutma zamanı dəqiqədə 180-ə qədər yüksəlib, bu hallar bir neçə dəqiqə davam edib.

Redaktor.az bu barədə rus mediasına istinadla xəbər verir.

Qadının sözlərinə görə, xəstə uzun illər ərzində bu şikayətlərlə poliklinikaya müraciət edib. Lakin aritmoloqun qəbuluna yazılmaq üçün ona vəd edilən növbəni təxminən 8 il gözləməli olub.

Ürəkdöyünmə tutmaları nadir hallarda baş versə də, tutmanın harada və nə zaman başlayacağı ilə bağlı narahatlıq qadının həyat keyfiyyətinə mənfi təsir göstərib. Tutmalar zamanı gözləri qaralır, ayaqlarında zəiflik yaranırdı.

Nəhayət, kardioloq Anna Xomyakova xəstəni müayinə edərək ürək ritm pozuntularının müalicəsində istifadə olunan minimal invaziv üsul – radiotezlikli kateter ablasiya (RFA) proseduruna yönləndirib.

Əməliyyat Respublika V.A. Baranov adına xəstəxananın kardiocərrahiyyə şöbəsində həyata keçirilib. Xəstənin qızı əməliyyatdan sonra həkimlərə təşəkkür edərək problemin artıq geridə qaldığını bildirib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən