Avropa Parlamenti Ermənistan üçün ticarət güzəştlərini təsdiqlədi

 18:19 15.09.2026     230

 Avropa Parlamenti Avropa Komissiyasının Ermənistana güzəştli ticarət şərtləri vermək təklifini təsdiqləyib. 

Redaktor.az news.am-a istinadən xəbər verir ki, bu barədə Respublikanın Avropa İttifaqındakı nümayəndə heyətinin rəhbəri Tiqran Balayan bildirib.

Balayan sosial media hesabında "Avropa Parlamenti Avropa Komissiyasının Ermənistan mallarına muxtar ticarət tədbirləri vermək təklifini təsdiqlədi. Bu, Ermənistan və Aİ arasında tərəfdaşlıq üçün daha bir vacib addımdır" sözlərini yazıb.

Qeyd edək ki, təklifi 583 deputat dəstəkləyib, 49 nəfər əleyhinə səs verib, 39 nəfər isə bitərəf qalıb.

Vumart və Güvən reklamı Vumart Güvən