Aİ Rusiya vətəndaşlarına qarşı yeni məhdudiyyətlər QOYULDU
Avropa İttifaqı rusiyalı diplomatların Şengen zonasında hərəkətinə daha ciddi məhdudiyyətlər tətbiq etməyi, xüsusi hərbi əməliyyatın iştirakçılarına viza verilməsini qadağan etməyi və Rusiya vətəndaşlarına turist vizalarının verilməsi qaydalarını yenidən nəzərdən keçirməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Parlamentində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Aİ Rusiya iqtisadiyyatına zərər vurmağa çalışır, Rusiya fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edir və Rusiyanın “kölgə donanması”na qarşı tədbirlər görür. Kallas bununla yanaşı, əlavə addımların atılmasının vacibliyini vurğulayıb.
“Daha da irəliləmək üçün potensialımız var. Şengen zonasında rusiyalı diplomatların hərəkətinə nəzarəti daha da sərtləşdirə bilərik. Keçmiş rusiyalı döyüşçülərə viza verilməsini qadağan edə bilərik. Həmçinin Rusiya vətəndaşlarına turist vizalarının verilməsi qaydalarını yenidən nəzərdən keçirməliyik. Avropa ərazisində hücumlar həyata keçirən şəxslərin sayını azaltmalıyıq”, - deyə Kallas qeyd edib.
Xədicə BAXIŞLI













