Putinin məruzəsini dinlədiyi rusiyalı general ÖLDÜRÜLDÜ - YENİLƏNİB

 11:58 16.09.2026     108

Konstantinovkanın ələ keçirildiyini Rusiya Prezidenti Vladimir Putinə məruzə edən general-mayor Anton Qrunisin ölümü rəsmən təsdiqlənib.

Redaktor.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini və "Axmat" xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinov Qrunisin öldüyünü təsdiqləyib.

***

Rusiya Silahlı Qüvvələrinin general-mayoru, Rusiya Qəhrəmanı, 4-cü əlahiddə qvardiya motoatıcı briqadasının komandiri Anton Qrunis Ukraynada öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə lenta.ru hərbi jurnalist Yuri Kotenoka istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Qrunisin ölümünün Ukrayna Silahlı Qüvvələrinin zərbəsi nəticəsində baş verdiyi ehtimal olunur.

Qrunis 2023-cü ilin mayında 4-cü briqadanın komandiri təyin edilib və Baxmut istiqamətində döyüşlərdə iştirak edib. O, avqustun 28-də Rusiya Qəhrəmanı adına layiq görülüb.

Ukrayna mediasının xəbərinə görə, Anton Qrunis bu ilin iyul ayında Rusiya Prezidenti Vladimir Putinə Donetsk vilayətinin Konstantinovka yaşayış məntəqəsinin tam nəzarətə götürüldüyü məruzə edib.

Qeyd edək ki, Rusiya tərəfi iyulda şəhərin tam nəzarətə götürüldüyünü açıqlasa da, bu məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Sentyabrın 16-na olan məlumatlara görə, şəhərin bir hissəsində döyüşlər davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən