Tələbələr təhsil haqlarının artırılmasına etiraz ETDİ

 16:13 16.09.2026     63

Belçikanın paytaxtı Brüsseldə minlərlə tələbə universitetlərdə təhsil haqlarının artırılmasına və ali təhsildə tətbiq olunan uğur şərtlərinin sərtləşdirilməsinə etiraz edib.

Redaktor.az xəbər verir ki, fransızdilli universitet və ali məktəb tələbələrini təmsil edən FEF-in çağırışı ilə 5 minə yaxın tələbə Brüssel Mərkəzi Dəmiryol Vağzalının qarşısında toplaşıb.

Ali təhsil siyasətinə etiraz edən tələbələr əsas yollardan keçərək Valoniya-Brüssel Federasiyası hökumətinin binası qarşısına qədər yürüş ediblər.

Tələbələr universitet və ali məktəblərdə illik tam təhsil haqqının 835 avrodan 1194 avroya qaldırılmasına qarşı çıxıblar. Onlar həmçinin tələbələrin təhsillərini müəyyən müddət ərzində başa çatdırmasını məcburi edən uğur şərtlərinin sərtləşdirilməsini də tənqid ediblər.

Etirazçılar yaşayış, nəqliyyat, qidalanma və dərs materiallarının qiymətlərinin artmasına da narazılıqlarını bildiriblər.

Tələbələrin aksiyasına təhsil həmkarlar ittifaqları və bir sıra müəllim qrupları da dəstək verib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən