Türkiyə Səudiyyə Ərəbistanına müdafiə yardımı göstərəcək

 18:38 16.09.2026     53

Türkiyə "Məkkə sazişi" çərçivəsində Səudiyyə Ərəbistanına müdafiə yardımı göstərəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Middle East Eye” məlumat yayıb.

Məlumata görə, parlament sazişi ratifikasiya etdikdən qısa müddət sonra, oktyabr ayında Ankaradan Ər-Riyada aviasiya və texniki heyətin göndərilməsinə başlanılacaq.

Bildirilib ki, Türkiyə Yəməndən həyata keçirilən hücumların qarşısını almaq məqsədilə raket və pilotsuz uçuş aparatlarından istifadə edən müdafiə sistemlərini yerləşdirməyi planlaşdırır.

Vumart və Güvən reklamı Vumart Güvən