Zelenski seçkilərlə bağlı suala ƏSƏBİLƏŞDİ
Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistin Ukraynada prezident seçkilərinin keçirilməsi ehtimalı ilə bağlı sualına kəskin cavab verib.
Redaktor.az xəbər verir ki, Zelenski suala irad tutub:
“Seçkiləri necə keçirmək istəyirsiniz? Hansı seçkilər? Xaricdə 9 milyon insanla necə seçki keçirmək olar? 9 milyon. Adətən 500.000 insan xaricdə səs verir.
Bəs işğal olunmuş ərazilərdə yaşayan insanlarla nə edəcəksiniz? Onlar səs verəcəklərmi? Necə səs verəcəklər? Onların səsverməsinə kim nəzarət edəcək? Yəni, orada rus əsgərləri var. Bütün bunları necə edərdiniz?”













