Türk Hava Yolları əməkdaşlarını daşıyan avtobus qəzaya DÜŞDÜ

 20:10 16.09.2026     52

Türkiyənin D-100 avtomobil yolunun Edirnə istiqamətində, Mustafa Kamal Paşa məhəlləsi ərazisində Türk Hava Yolları (THY) əməkdaşlarını daşıyan avtobus qəzaya düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə "TRT HABER" məlumat yayıb.

Bildirilib ki, avtobus eyni istiqamətdə hərəkətdə olan minik avtomobilinə çırpılıb. Daha sonra idarəetmədən çıxan nəqliyyat yol kənarındakı iş yerinin divarına çırpılaraq dayanıb.

İlkin məlumata görə, qəza nəticəsində 11 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürən briqadalar cəlb olunub. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.

Qəza səbəbindən D-100 avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən