"TikTok"un təsisçisi Asiyanın ən varlı milyarderinə çevrildi
ByteDance şirkətinin təsisçisi və "TikTok" platformasının sahibi 43 yaşlı Çjan İmin Asiyanın ən varlı şəxsi olub.
Redaktor.az xəbər verir ki, çinli sahibkarın sərvəti 105 milyard dolları ötüb. Bununla da o, siyahıda lider olan hindistanlı milyarder Qautam Adanini geridə qoyub. Çjan İminin sərvəti 105,5 milyard dollar, Adaninin sərvəti isə 104,8 milyard dollar qiymətləndirilir.
2019-cu ildən etibarən Çjan İminin sərvəti səkkiz dəfə artıb. Buna əsas səbəblər arasında TikTok-un populyarlığı və süni intellekt sahəsindəki uğurlar, o cümlədən məşhur Doubao çat-botunun istifadəyə verilməsi göstərilir.
Jurnalistlərin fikrincə, süni intellekt sahəsindəki sürətli inkişaf bu sektorda fəaliyyət göstərən sahibkarların daha ənənəvi sahələrdə sərvət qazanan milyarderləri geridə qoymasına imkan verir.
Yalnız cari ay ərzində çinli biznesmenin sərvəti 12 milyard dollar artıb. Tədqiqat şirkəti Omdia-nın baş analitiki Lyan Tszye Su bildirib ki, Çjan İmin seçdiyi istiqamətdən yayınmayıb və süni intellektə investisiyalarını fəal şəkildə artırmaqda davam edib.
Xədicə BAXIŞLI













