Avstraliyada iki yeniyetmə timsaha hücum ETDİ

 21:25 16.09.2026     54

Avstraliyanın Pert şəhərində iki yeniyetmə zooparkın ərazisinə qanunsuz daxil olaraq timsaha hücum etdikləri üçün məhkəmə qarşısına çıxarılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

İstintaqın məlumatına görə, 16 və 17 yaşlı iki yeniyetmə sentyabrın 13-də zooparkın ziyarətçilər üçün bağlı olan ərazisinə daxil olub. Onlar timsahın olduğu volyerin qıfıllarını kəsərək içəri keçiblər. Yeniyetmələrdən biri heyvana metal dirəklə zərbə endirib. Daha sonra onlar müşahidə kameralarını sökərək ərazidən uzaqlaşıblar.

Həmin gün yeniyetmələr Pertin Baldivis və Belmont şəhərətrafı ərazilərində ayrı-ayrı ünvanlarda saxlanılıblar.

Zoopark nümayəndələri hadisənin faciə ilə nəticələnə biləcəyini bildiriblər. Onların sözlərinə görə, heyvanların yaşayış mühitinə qanunsuz daxil olmaq həm onların rifahını, həm də insanların təhlükəsizliyini riskə atır.

Yeniyetmələrdən biri məhkəmədən çıxarkən jurnalistlərə “Ona zərər vermək istəmirdik” deyib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən