Borçalıda zəlzələ OLDU

 23:58 16.09.2026     115

Gürcüstanın cənub-qərbində 3,1 maqnitudalı zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, ölkənin Yer Elmləri İnstitutu - Milli Seysmik Monitorinq Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar saat 22:20-də Dmanisi (Borçalı) şəhərindən 19 kilometr, Tbilisidən isə 62 kilometr məsafədə yerləşən Məmişli kəndi yaxınlığında baş verib.

Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, Gürcüstanın Dmanisi bələdiyyəsinə daxil olan Məmişli kəndində minə yaxın insan yaşayır. Kənd əhalisinin 99 faizi azərbaycanlılardır.

Vumart və Güvən reklamı Vumart Güvən