Lavrovdan Avropaya sərt MESAJ
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın Ukraynaya dəstəyini rüsvayçılıq adlandırıb.
Redaktor.az xəbər verir ki, Lavrov bu barədə Beynəlxalq Rusofil Hərəkatının IV Konqresinin açılışında danışıb.
Lavrov Avropanın Ukrayna hakimiyyətinə dəstək verməsini tənqid edib. O bildirib ki, Avropanın “Avropa dəyərlərini müdafiə etdiyi” üçün Kiyev rejimini dəstəkləməsi Avropanın nasist ideologiyasını müdafiə edənləri dəstəkləməsi deməkdir.
Lavrov qeyd edib ki, Ukraynada rus dilinin istifadəsini məhdudlaşdıran qanunlar 2022-ci ildə başlayan müharibədən əvvəl, 2017-ci ildə qəbul edilib.
Rusiyanın xarici işlər naziri bildirib ki, Qərbin Ukraynanın müdafiə etdiyi Avropa dəyərləri barədə danışması onun üçün rüsvayçılıqdır.
Aytəkin TOFİQQIZI













