Suriyalı illər sonra divarın arxasında qoruduğu kitabxanasına qovuşdu
Suriya vətəndaşı Amr bin Mustafa Alvan 2011-ci ilin oktyabrında devrilmiş rejimdən və müharibə təhlükəsindən qaçaraq Küveytə sığınmazdan əvvəl, Humus şəhərindəki evində yerləşən zəngin kitabxanasını mühafizə etmək üçün otağın girişinə xüsusi divar hörüb.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, təxminən 15 il sonra vətəninə qayıdan yaşlı kişi əlində çəkiclə ördüyü kərpic divarı sökərək illər əvvəl gizlətdiyi nadir dini və fəlsəfi əsərlərdən ibarət kolleksiyasını yenidən gün işığına çıxarıb. Yüzlərlə kitabın rütubətdən, tozdan və müharibənin dağıdıcı təsirlərindən tam qorunduğu, ilkin vəziyyətini olduğu kimi saxlaya bildiyi qeyd edilib.
Sosial mediada böyük maraq və duyğusal reaksiyalara səbəb olan bu hadisə, 2011-ci ildə başlayan daxili müharibə nəticəsində milyonlarla suriyalının ölkəni tərk etmək məcburiyyətində qaldığı faciəvi dövrün simvolik mənzərələrindən biri kimi dəyərləndirilib.
Aminə ŞAHSUVARQIZI













