Paşinyan rus dili kurslarına GEDİR

 16:36 17.09.2026     60

Ermənistanın Baş naziri Nikol Paşinyan əlavə rus dili kurslarına getdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, o, hökumətin iclasında dövlət qulluqçularının ixtisasartırması ilə bağlı ödənişlərin müzakirəsi zamanı bu barədə danışıb.

Paşinyan bildirib ki, hazırda Dövlət İdarəçilik Akademiyasında keçirilən rus dili dərslərinə qatılır.

“Niyə yalnız ingilis dili? Mən, məsələn, hazırda Dövlət İdarəçilik Akademiyasında keçirilən rus dili dərslərinə gedirəm”, - deyə Paşinyan bildirib.

Baş nazir bu fikirləri əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət qulluqçularının ilk növbədə ingilis dilini öyrənməli olduğu barədə açıqlamasına cavab olaraq səsləndirib. Torosyan hesab edir ki, beynəlxalq ünsiyyətdə dövlət qulluqçuları üçün ingilis dili vacibdir.

Paşinyan isə dövlət qulluqçularının istədikləri müxtəlif dilləri öyrənə biləcəyini bildirib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən